DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Münaqişə zəminində paytaxt sakinləri Mütəllim Babayev və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri almalarında şübhəli bilinən Rövşən Tağıyev saxlanılaraq istintaqa təhvil verilib

19.09.2021

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə sentyabrın 19-da saat 2 radələrində Mütəllim Babayev və arvadı Tahirə Babayevanın rayon ərazisində yaşadıqları mənzildə müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.  

Araşdırmalarla Şamaxı rayon sakini Rövşən Tağıyevin həmin vaxt arvadının valideynlərinin yaşadıqları evə gələrək münaqişə zəminində qayınatası Mütəllim Babayevi benzinlə yandırması nəticəsində onun və arvadı Tahirənin müxtəlif dərəcəli yanıq xəsarətləri almaları müəyyən edilib. 

Xəstəxanaya yerləşdirilən M.Babayevin vəziyyəti ağır, T.Babayevaya ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.  

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində R.Tağıyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.   

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

19.09.2021 tarixinə olan kriminal məlumatlar