DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini R.Mustafaya qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxslər Sumqayıt şəhəri ərazisində saxlanılmışlar

19.09.2021

Kəpəz RPİ-yə müraciət edən əcnəbi vətəndaş R.Mustafa sentyabrın 19-da saat 3 radələrində Gəncə şəhəri Hacıməlik qəsəbəsi ərazisində 3 nəfərin onu kəsici alətlə hədələyib 428 manat pulunu aldıqlarını bildirmişdir. 

Polis əməkdalarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən R.Sadıqov, əvvəllər məhkum olunmuşlar - R.Tağıyev və K.Abbasov avtomobillə birgə Sumqayıt şəhəri ərazisində saxlanılmışlar.

Araşdırma aparılır.

19.09.2021 tarixinə olan kriminal məlumatlar