DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisindəki yaşayış binasının girişindən liftin 1200 manat dəyərində olan naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar

19.09.2021

Baş Cinayət Axtarışı İdarəsi, Binəqədi RPİ 5-ci və 7-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 29-da Mircəlal küçəsi 105 nömrəli yaşayış binasının girişindən liftin 1200 manat dəyərində olan naqillərini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rəşidov və T.Rəşidov müəyyən edilərək saxlanılmışlar. 

Ətraflarında aparılmış tədbirlərlə onların müxtəlif vaxtlarda daha üç binanın liftlərinin əyləc dolaqlarını və qapıları açıb-bağlayan mexanizmini oğurlamaları da müəyyən edilmişdir.

19.09.2021 tarixinə olan kriminal məlumatlar