DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Füzuli rayon sakini İ.Baxışova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən İ.Mahmudov və V.Nağıyev saxlanılmışlar

19.09.2021

Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə müraciət edən Füzuli rayon sakini İ.Baxışov sentyabrın 19-da Z.Bünyadov prospektində iki nəfərin ona zor tətbiq edib cibində 60 manat pul, mobil telefon və sürücülük vəsiqəsi olan gödəkcəsini aldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri İ.Mahmudov və V.Nağıyev saxlanılmışlar.  

Araşdırma aparılır.

19.09.2021 tarixinə olan kriminal məlumatlar