Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

05.06.2021 11:38

Məlum olduğu kimi əvvəlcədən verilmiş elana uyğun olaraq, iyunun 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirildi. Seçkinin qanunvericiliyin tələblərinə uyğun və şəffaf  keçirilməsi üçün bütün zəruri tədbirlər tətbiq edilmişdir.  

Bildiririk ki, seçkidən öncə əlçatanlığın və şəffaflığın təmini məqsədilə qeydə alınmış namizədlərin və seçicilərin siyahıları DİN-in rəsmi saytında (mia.gov.az) və bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində (polisazerbaycan) əvvəlcədən yerləşdirilmişdir. Seçki günü namizədlərdən yalnız 2 nəfəri – Mehriban Zeynalova və Əliməmməd Nuriyev yetərli səs toplayaraq seçilmişlər. 

Digər namizədlərin seçilməsi üçün iyun ayının 7-də saat 10:00-da DİN-in Azadlıq prospektindəki inzibati binasında təkrar seçkinin keçirilməsinə qərar verilmişdir. Seçkinin nəticəsindən narazı qalan namizədləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini növbəti seçki prosesini izləməyə dəvət edirik. 

Tələb olunan sayda səs toplaya bilməyən 38 namizəddən isə yalnız 5 nəfərin qeyri-obyektivlik göstərərək seçkinin nəticələrinə şübhə ilə yanaşmaları təəssüf doğurur. Bir daha bildiririk ki, seçki qanunvericiliyin tələblərinə uyğun şəffaf atmosferdə keçirilib. Biz seçkidə iştirak edən namizədlərin hər birinə, seçilib-seçilməməsindən asılı olmayaraq həmişə hörmətlə yanaşmışıq və bundan sonra da bu münasibət  davam etdiriləcəkdir.