Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Sumqayıtda peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülərə və avtobuslarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı profilaktik tədbir keçirilib
22 oktyabr 2021 16:40Əvvəlcədən elan edildiyi kimi, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunur. Qeyd edilən qaydalara əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir. Növbəti belə tədbir bu gün Sumqayıt Şəhər Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Tədbir zamanı peyvənd olunmadan, yəni 2-ci dozanı qəbul etmədən taksi fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılıblar. Həmin sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb.

Profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən və tibbi maskadan istifadə etməyən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Tədbir nəticəsində ictimai nəqliyyatda maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyən ediliblər. Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlar barəsində inzibati tənbeh tədbiri görülüb. Sumqayıt şəhərində keçirilən profilaktik tədbir zamanı sanitar-karantin qaydalarını pozan 50-yə yaxın sürücü və sərnişin barəsində protokol tərtib edilib.

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

Bakıda polis əməkdaşları koronavirus pandemiyasına qarşı ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarəti daha da gücləndirib
22 oktyabr 2021 14:40Koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması istiqamətində paytaxt ərazisində qapalı məkanlarda, o cümlədən, ictimai nəqliyyatda polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Tədbir zamanı mülki geyimdə olan əməkdaşlar da xidmətə cəlb edilib.

Paytaxtın Binəqədi,Xətai və Pirallahı rayonlarında polislər tərəfindən ictimai nəqliyyatda, xüsusilə avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub.

Tibbi maskadan istifadə etməyən şəxslər avtobuslardan düşürülüb, onlarla izahedici söhbətlər aparılıb. Polislər həmin şəxsləri ictimai nəqliyyatda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələr quraşdırmayan sürücülər, eləcə də, avtomobilin ön oturacağında əyləşən tibbi maskadan istifadə etməyən sərnişinlər, peyvənd olunmadan taksi fəaliyyəti ilə məşğul olan sürücülər barədə də qanunauyğun tədbirlər görülüb.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Vətəndaşlardan bir daha xahiş edirik ki, koronavirusun daha da çox yayılmasına imkan verməmək mövcud sanitar-epidemioloji qaydalara əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 48 nəfər saxlanılıb
22 oktyabr 2021 12:20Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində apardıqları mübarizə tədbirləri davam etdirilir. Həyata keçirilən növbəti əməliyyatlar nəticəsində rayonun Hövsan, Qaraçuxur, Əmircan, Bül-bülə Yeni Suraxanı və Yeni Günəşli qəsəbələrində narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan 48 nəfər saxlanılıb, həmin ərazilərdə narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana”lar müəyyən edilib.

Belə ki, əməliyyat zamanı əvvəlcə rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan Radik Mamedov və Anar Cəbiyev saxlanılıblar. Radik Mamedovun üzərindən və idarə etdiyi avtomobildən 1 kiloqram 496 qram heroin, 99 qram tiryək və 19 qram metamfetamin, Anar Cəbiyevdən isə 110 qram heroin aşkar edilərək götürülüb. Onların ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Bu şəxslər paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər.

Həyata keçirilən digər əməliyyat zamanı isə Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Rahid Zeynalov da saxlanılıb. Onun üzərinə baxış zamanı heroin aşkar edilib. Ətrafında araşdırma aparılan zaman Rahid Zeynalovun paytaxt ərazisində 15 evdən oğurluq etdiyi də məlum olub.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat zamanı Hövsan qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə  məşğul olan daha 14 nəfər – Mirdamət Ağayev, Rinat Bəbirov, Anar Əsgərov, Elmir Paşayev, Samir Bağırov, qohumu Vaqif Bağırov, Elnur Qurbanov, Nicat Hüseynov, Elçin Seyidov, Fuad Ruma, Rəşadət Nuriyev, Məcid Həsənov, Elçin Səfərov və Əhməd Əliyev saxlanılaraq ərazi üzrə 30-cu Polis Şöbəsinə gətiriliblər.  Onların üzərində şəxsi axtarış aparılan və evlərinə baxış zamanı satış məqsədi ilə əldə etdikləri külli miqdarda heroin və elektron tərəzilər aşkar edilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı Əmircan və Bülbülə qəsəbələrində narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb. Əməliyyat nəticəsində paytaxt sakinləri Şəhriyar Zülfüqarzadə, Tural Şahmuradov, Nicat , Elvin və Qərib Məmmədovlar, Murad Babayev, Ruslan Hüseynli, Əmrah Osmanov, İslam Səlimov, Sübhan Mustafazadə, Əli Ağayev, Aslan İslamov, Röyal Məmmədli, Cavanşir Axundov və Kənan Sadıqov saxlanılıblar.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı Yeni Günəşli, Qaraçuxur və digər ərazilərdə narkotik vasitə və psixotrop maddələlərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 26 nəfər saxlanılıb. Əməliyyatlar nəticəsində Orxan Quliyev, Elvin Məmmədov, Ramil Cəfərov, Elçin Babayev, İlyas Kazımov, Əhliman Babayev, Rafiq Quliyev, Rəşad Hacıyev, Bəxtiyar Alışov, Qərib Məmmədov, Eşqin Haqverdiyev, Yalçın Əliyev, Vüsal Kazımov, Rafiq Məmmədov, Elməddin Əsgərov və Fərman Axundov tutulublar. Onların da üzərindən külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb. Bu şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Qeyd edək ki, sonuncu əməliyyatlar zamanı Suraxanı rayonunda ümumilikdə 4 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Suraxanı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır
21 oktyabr 2021 11:59Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 54 cinayətin üstü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə ümumilikdə 90 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüşdür.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 28 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.

Kürdəmir rayonu ərazisində Bakı şəhər sakini Günel Ələsgərova idarə etdiyi “Ford” markalı avtomobili aşırmışdır
21 oktyabr 2021 11:54Oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun arvadı) idarə etdiyi “Ford” markalı avtomobili aşırmışdır. Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölmüşlər.      

Kürdəmir RPŞ tərəfindən araşdırma aparılır.

Qaradağ rayonu ərazisindəki iki market və bir mağazadan oğurluq etməkdə şübhəli bilinən rayon sakini İ.İbrahimov saxlanılmışdır
21 oktyabr 2021 11:55Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Sahil qəsəbəsindəki bir marketdən 1900 manat dəyərində tütün məmulatı, Ələt qəsəbəsindəki bir marketdən 2800 manat dəyərində tütün məmulatı, ərzaq məhsulları, spirti içki və printer, habelə bir mağazadan 1000 manat pul, 2000 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İ.İbrahimov saxlanılmışdır.
Bərdə rayon sakini Ə.Mahmudlunun bank kartını oğurlayaraq hesabından 300 manat pulunu çıxarmaqda şübhəli bilinən V.Məmmədov saxlanılmışdır
21 oktyabr 2021 11:54Nərimanov RPİ 18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 9-da Bərdə rayon sakini Ə.Mahmudlunun bank kartını oğurlayaraq hesabından 300 manat pulunu çıxarmaqda şübhəli bilinən Ağdam rayon sakini V.Məmmədov saxlanılmışdır.
Pirallahı qəsəbə sakini R.Quliyevin üzərindən və yaşadığı evdən narkotik vasitələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür
21 oktyabr 2021 11:52Pirallahı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan qəsəbə sakini R.Quliyevin üzərindən metamfetamin və heroin, yaşadığı evdən isə metamfetamin, heroin və elektron tərəzi aşkar edilərək götürülmüşdür.
Hacıqabul şəhəri ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılmışdır
21 oktyabr 2021 11:52Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 5-dən 20-dək olan müddətdə şəhər ərazisindəki evlərin birindən 6500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin oğlu E.Şirinov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan metamfetamin götürülmüşdür.
Tovuz rayonu ərazisində “VAZ-2107” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən Qovlar şəhər sakini E.Nağıyev saxlanılmışdır
21 oktyabr 2021 11:51Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il avqustun 19-da M.İsrafilova məxsus “VAZ-2107” markalı avtomobildən 2 ədəd maqnitofon, mobil telefon, bank kartı oğurlamaqda və həmin kartdan 520 manat pul çıxarmaqda şübhəli bilinən Qovlar şəhər sakini E.Nağıyev saxlanılmışdır.