Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır
30 iyul 2021 11:47

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 56 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 66 nəfər saxlanılmışdır.
Bakı şəhər sakini F.Əkbərovun idarə etdiyi avtomobilə baxış zamanı oradan tapança və 8 ədəd patron aşkar edilərək götürülmüşdür
30 iyul 2021 11:47

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Əkbərovun idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı oradan “Makarov” markalı tapança və 8 ədəd patron aşkar edilərək götürülmüşdür. 

Kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərərk götürülmüşdür
30 iyul 2021 11:47

Masallı RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Hişkədərə kənd sakini T.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərərk götürülmüşdür. 

Oğurluqda şübhəli bilinən Salyan rayonunun Noxudlu kənd sakini Ə.Babayev və Salyan şəhər sakini L.Əliyev saxlanılmışlar
30 iyul 2021 11:43

Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Noxudlu kənd sakini, əvvəllər məhkum olunmuş Ə.Babayev və Salyan şəhər sakini L.Əliyev saxlanılmışlar.

Sabunçu rayonu H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
30 iyul 2021 11:43

İyulun 30-da saat 23 radələrində Sabunçu rayonu H.Əliyev prospektində Bakı şəhər sakini E.Nağıyevin idarə etdiyi “Mercedes” və Quba rayon sakini T.Şirinovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Nağıyevin sərnişini Məzahir Xudaverdiyev xəstəxanaya aparılarkən yolda ölmüş, özü isə xəstəxanaya yerləşdirilmişdir.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
30 iyul 2021 11:14

İyulun 30-da saat 15 radələrində Hacıqabul şəhəri ərazisində şəhər sakini Elşən Qocayevin idarə etdiyi “VAZ-2106” və Şirvan şəhər sakini N.Abbasovanın idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə E.Qocayev hadisə yerində ölmüş, 4 sərnişini isə xəstəxanaya yerləşdirilmişdir.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır. 

Gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır
29 iyul 2021 12:14

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 40 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 1 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılmışdır.
Səbail rayonu Yeni Salyan yolunda baş vermiş qəza hadisəsi nəticəsində xəsarət almış Bakı şəhər sakini Təranə Zamanova yerləşdirildiyi xəstəxanada ölmüşdür
29 iyul 2021 12:12

İyulun 29-da saat 15 radələrində Səbail rayonu Yeni Salyan yolunda N.Qasımov idarə etdiyi 125 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Təranə Zamanovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.

Əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən S.Qəhramanov müəyyən edilərək saxlanılmışdır
29 iyul 2021 12:12

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə iyulun 28-də rayon ərazisindəki yaşayış binalarından birinin mühafizə otağının şüşələrinin daşla sındırılması nəticəsində 5200 manat dəyərində maddi ziyan vurulması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən S.Qəhramanov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır. 

Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29 iyul 2021 12:12

İyulun 29-da saat 14 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində rayon sakini Ə.Zeynalovun idarə etdiyi “VAZ-2101” və Şabran rayon sakini H.Balabəyovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Zeynalovun sərnişini Hidayət Piriverdiyev hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [>>]




Çap et  Çap et