Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Press-relizlər

tarixindən tarixinə
Salyan rayonunun Düzənlik kəndi ərazisində yol-nəqliyyat hadisəsi
12 sentyabr 2021 12:43

Sentyabrın 12-də saat 13 radələrində Salyan rayonunun Düzənlik kəndi ərazisində Xələc kənd sakini S.Babayev idarə etdiyi “Ford” markalı avtomobillə velosiped sürən kənd sakini Məhəmməd Əliyevi vurmuşdur. Nəticədə M.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Soyğunçuluğu etməkdə şübhəli bilinən paytaxt sakini H.Abdulqəlimov müəyyən edilərək saxlanılmışdır
12 sentyabr 2021 12:43

Sentyabrın 12-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini D.Qənbərovun idarə etdiyi “Audi” markalı avtomobilə sərnişin qismində əyləşmiş bir nəfərin açıq talama yolu ilə onun 390 manatını aparması barədə 26-cı Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini H.Abdulqəlimov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

Quldurluqda şübhəli bilinən V.Əliyev saxlanılmışdır
12 sentyabr 2021 12:43

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 1-də Ə.Xəlilovu döyüb 100 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən V.Əliyev saxlanılmışdır.

9 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini T.Məhərrəmov saxlanılmışdır
12 sentyabr 2021 12:43

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 9 evdən su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Məhərrəmov saxlanılmışdır.

Sabirabad rayonunun Osmanlı kənd sakini Ş.Bağırovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür
12 sentyabr 2021 12:42

Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Osmanlı kənd sakini Ş.Bağırovdan müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi götürülmüşdür.

Yabanı halda bitmiş 248 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir
12 sentyabr 2021 12:42

Göyçay RPŞ əməkdaşlarının keçirdikləri "Xaşxaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində  Bəydövül kəndi ərazisində yabanı halda bitmiş 248 ədəd çətənə kolu aşkar edilərək məhv edilmişdir.

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Q.Qurbanov saxlanılmışdır
12 sentyabr 2021 12:15

Səbail RPİ 41-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da M.İbişovun 100 manat pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Q.Qurbanov saxlanılmışdır.

Gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır
11 sentyabr 2021 12:22

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 35 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 46 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılmışdır.

Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
11 sentyabr 2021 12:22

Sentyabrın 11-də Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Ü.İbrahimovun idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində əyləşmiş 2 nəfərin sürücüyə bıçaqla xəsarət yetirəcəkləri ilə hədə-qorxu gəlib ondan pul tələb etmələri, pulu olmadığından hadisə yerinin tərk etmələri barədə 16-cı Polis Bölməsinə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakinləri A.Abbasov və əvvəllər məhkum olunmuş E.Əlizadə müəyyən edilərək saxlanılmışlar.

Araşdırma aparılır.

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
11 sentyabr 2021 12:22

Sentyabrın 11-də saat 21 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Mehdiyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sadıx Ağayevi vurmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən ölmüşdür.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.

[<<] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [16] [>>]




Çap et  Çap et