Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Rəhbərlik
Nazirliyə Azərbaycan Respublikasının Daxili İşlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
Azərbaycan Respublikasının Daxili İşlər naziri Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan - Kollegiya fəaliyyət göstərir.
Kollegiyanın sədri tutduğu vəzifəyə görə Daxili İşlər naziri, üzvləri isə tutduqları vəzifəyə görə nazir müavinləridir. Kollegiyanın digər üzvləri Nazirliyin başqa rəhbər vəzifələri üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Azərbayсan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu
Azərbayсan Respublikasının Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Əzimov Seyfulla Səttar oğlu
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Əliyev İsmət Rəşid oğlu
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Məmmədov Şahin İsgəndər oğlu
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazil Balahəsən oğlu
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Ələkbərov Fazil Nəriman oğlu
Azərbaycan Respublikası DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəisi, polis general-mayoru Daşdəmirov Arzu Arif oğlu
Azərbaycan Respublikası DİN-in Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Məmmədxanlı Nurullah Abdulla oğlu
Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis polkovniki Hümbətov İslam Mövsüm oğlu
Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki İsmayılov Əkbər Məcid oğlu
Çap et