Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2018-ci il iyul ayının 7-də Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini Quba rayon Polis Şöbəsində qəbul edəcəkdir.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.