Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

11.05.2019

 Mayın 11-də Abşeron Rayon Polis İdarəsinin yeni yaradılmış Qobu Polis Bölməsinin inzibati binasının açılışı olub.
Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov və Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbirdə iştirak ediblər.  

 Məlumat verilib ki, tikintisinə ötən ilin oktyabrında başlanmış 3 mərtəbəli inzibati bina müasir standartlara uyğun tikilərək bütün xidməti otaqları zəruri avadanlıq, inventar və kommunikaslyalarla təchiz edilib. Yeni tikilidə zəruri mühəndis təminatı-ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb. Ərazi daş və metal hasarla hasarlanıb, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.     

 Tədbir iştirakçıları Növbətçi hissəyə, xidməti otaqlara, Müvəqqəti  Saxlama Yerinə baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olublar.

Daha sonra nazir müavini O.Zalov şəxsi heyət qarşısında çıxış edərək Daxili İşlər naziri, general-polkovnik cənab Ramil Usubovun müvafiq əmri ilə Abşeron RPİ-nin nəzdində  Qobu PB-nin yaradılmasının və ən müasir tələblərə cavab verən inzibati binanın istifadəyə verilməsinin ulu öndər heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün böyük təntənə ilə qeyd edilməsi ilə eyni vaxta düşməsindən məmnunluğunu ifadə edib.

Nazir müavini əmin olduğunu bildirib ki, Abşeron RPİ-nin şəxsi heyəti bu diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcək, rayonda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə,  insan hüquq və azadlıqlarının təmini, rayon sakinlərinin təhlükəsizliyinin, əmlakının hər cür cinayətkar qəsdlərdən qorunması işinə öz töhfəsini verəcəkdir.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova mərasimdə çıxış edərək yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə bütün şəxsi heyəti təbrik edib, rayon ərazisində ictimai asayişin qorunmasında və cinayətkarkıqla uğurlu mübarizədə polis əməkdaşlarına yeni uğurlar arzulayıb.