Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Mingəçevir şəhər sakini V.Məmmədov saxlanılmışdır
19.06.2019İyunun 19-na keçən gecə Mingəçevir şəhərinin ərazisindən şəhər sakini Q.Məmmədova məxsus “Mercedes” markalı avtomobil qaçırılmışdır.
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi V.Məmmədov saxlanılmışdır.
Araşdırma aparılır.