Daxil olmuş məlumat əsasında saxlanılmış Zaqatala rayon sakini Q.Murtuzəliyevdən marixuana götürülmüşdür
15.01.2021Zaqatala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yuxarı Tala kənd sakini Q.Murtuzəliyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 7 qram marixuana aşkar edilmişdir.
Polis əməkdaşları tərəfindən onun işlədiyi şəhər ərazisində yerləşən avtomobillərin təmiri sexinə baxış zamanı isə oradan əlavə olaraq 455 qram marixuana götürülmüşdür.