Masallı rayonunun Ərkivan qəsəbə sakini F.Abdinovun yaşadığı evə baxış zamanı oradan 6 kiloqram heroin və 1 kiloqram 450 qram tiryək aşkar edilərək götürülmüşdür
28.07.2021Masallı RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Abdinov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 5 qramdan çox heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə oradan əlavə 6 kiloqram heroin və 1 kiloqram 450 qram tiryək aşkar edilərək götürülmüşdür.