DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

2019-cu il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə keçirilmiş tədbirlər haqqında məlumat

2019-cu il ərzində şəhər, rayon polis orqanları tərəfindən İctimai Şura üzvləri ilə birgə keçirilmiş tədbirlər haqqında məlumat

2019-cu il ərzində İctimai Şura üzvləri ilə birgə Bakı və respublikanın şəhər-rayonlarının orta ümumitəhsil məktəblərində 2000 görüş, yığıncaq, dəyirmi masa tədbirləri keçirilmişdir. 
“Yetkinlik yaşına çatmayanlar və gənclər arasında radikal və ekstremist yönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində polisin rolu”, ”Yetkinlik yaşına çatmayan qızların ictimai mənəviyyat əleyhinə və seksual istismara, o cümlədən erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması”, “İnternet təhlükəsizliyi”, “Tütün məhsullarının zərərləri”, Yetkinlik yaşına çatmayanların cinayətə meyililiklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının, habelə onlar arasında avaralıq və dilənçilik hallarının qarşısının alınmasında  daxili işlər orqanlarının rolu”, "Yol hərəkəti qaydaları haqqında nə bilirik", "Narkomanlıq və onun fəsadları", "Narkomanlığa yox deyək", "Ağ ölümlə mübarizə hər birimizin vəzifəsidir" mövzularında çıxışlar olmuşdur. 

Şəhər, rayon mərkəzi xəstəxanalarının, qəsəbə, kənd tibb məntəqələrinin 70 mütəxəssislərinin və narkoloq həkimlərinin, habelə Respublika Narkoloji Mərkəzinin və paytaxtın narkoloji dispanserinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərə 80 mindən çox yuxarı sinif şagirdləri, onların valideynləri, eləcə də orta ümumtəhsil məktəblərinin 205 psixoloqu cəlb olunmuş, icra hakimiyyətləri yanında komissiyaların 130 təmsilçisinin qatıldığı, görüşlərdə yeniyetmələri maraqlandıran suallar cavablandırılmışdır.
2019-cu il ərzində Bakı şəhər Baş Polis, Səbail, Yasamal idarələrində, respublikanın İmişli, Goranboy, Biləsuvar, Astara, Lənkəran, Masallı, Qəbələ, Şabran, Ucar, Şəmkir, Abdam, Sabirabad və Mingəçevir şəhər, rayonlarında zonalar üzrə konfranslar keçirilmişdir. 

Toplantılarda “Dini radikalizmə və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları”, “Dini və multikultural təhlükəsizlik milli təhlükəsizliyin əsas tərkib hissəsi kimi”, “İctimai təhlükəsizliyin təmin olunmasında dini təhlükəsizlik amili”, “Məzhəbçilik - dini təhlükəsizliyə təhdid kimi” və digər mövzularda mühazirələr oxunmuşdur.
Tədbirdə hüquq mühafizə orqanlarının aidiyyəti əməkdaşları ilə birgə ümumilikdə 3.200-dən artıq ictimaiyyət nümayəndəsi iştirak etmişdir.

                                                 Baş İctimai Təhlükəsizlik İdarəsi
Geriyə qayıt Çap et