Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.06.2026 - Vətəndaş Elvin Keserovski
Vətəndaş Elvin Keserovski DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə minnəttarlığını bildirir.
24.06.2026 - Vətəndaş Xəyyam Ələkbərov
Vətəndaş Xəyyam Ələkbərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajl göndərib. O, müraciətinə qısa müddətdə baxıldığını, göstərilən həssas münasibətə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.
24.06.2026 - Vətəndaş Asya Əhmədova
Vətəndaş Asya Əhmədova DİN-in “Instagram” səhifəsinə mesajında sükan arxasında olarkən səhhətində problem yarandığını, yaxınlıqdakı polis əməkdaşlarının ona dərhal kömək etdiyini bildirir. Buna görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2026 - Vətəndaş Balakişi Rəhimov
Vətəndaş Balakişi Rəhimov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxıldığını bildirib. O, etdiyi müraciətinə göstərdikləri diqqət və köməkliyə görə minnətdarlığını bildirib.
24.06.2026 - Sosial şəbəkə istifadəçisi Ruslan Əliyev
Sosial şəbəkə istifadəçisi Ruslan Əliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı müraciətində Nəsimi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmanın obyektiv və hərtərəfli həyata keçirildiyini qeyd edib. O, göstərilən diqqətə, vətəndaş məmnuniyyətinin təmin olunmasına və peşəkar yanaşmaya görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.
24.06.2026 - Sosial şəbəkə istifadəçisi Vüsalə Teymurzadə
Sosial şəbəkə istifadəçisi Vüsalə Teymurzadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı müraciətin operativ araşdırıldığını qeyd edib. O, göstərilən diqqət və peşəkar yanaşmaya görə Nəsimi RPİ 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib.
24.06.2026 - Sosial şəbəkə istifadəçisi Ramin İsgəndərov
Sosial şəbəkə istifadəçisi Ramin İsgəndərov DİN-in “Instagram” səhifəsinə ünvanladığı müraciətində Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının vətəndaşlara göstərdiyi diqqət və qayğıdan məmnunluğunu ifadə edib. O, hadisə yerində xidmət aparan polis əməkdaşının peşəkar və məsuliyyətli yanaşmasını, təhlükəsizliyin təmin olunması istiqamətində görülən işləri qeyd edərək Daxili İşlər Nazirliyinin rəhbərliyinə, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.
24.06.2026 - Sosial şəbəkə istifadəçisi Qafil Mehdiyev
Sosial şəbəkə istifadəçisi Qafil Mehdiyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı müraciətində Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşlarının vətəndaşlara diqqət və qayğı ilə yanaşdığını, zəruri köməklik göstərildiyini və hadisənin operativ şəkildə araşdırıldığını qeyd edib. O, göstərilən peşəkar yanaşmaya, operativ fəaliyyətə və vətəndaşlara qarşı diqqətli münasibətə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirib.
24.06.2026 - Vətəndaş Mirkazım Seyidov
Vətəndaş Mirkazım Seyidov DİN-ə ünvanladığı təşəkkür məktubunda qeyd edib ki, Ordubad şəhərinə gedərkən avtomobilinin nasaz vəziyyətə düşməsi ilə əlaqədar Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq lazımi köməklik göstəriblər. O, polis əməkdaşlarının diqqət və qayğısından məmnunluğunu ifadə edərək göstərilən dəstəyə və vətəndaşlara olan həssas münasibətə görə Ordubad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib.