Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Daxili Qoşunların Baş İdarəsinin hərbi xidmətə qəbulla bağlı elanı


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikası vətəndaşlarının könüllülük əsasında qoşunların gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifələrində həqiqi hərbi xidmətə qəbul edir.

Xidmətə qəbulun şərtləri:
– qanunvericiliyə uyğun olaraq müddətli həqiqi hərbi xidmətini tam başa vurmuş, hərbi xidmətə yararlı, fiziki hazırlıqlı;
– boy həddi175 sm-dən aşağı və yaşı 25-dən yuxarı olmayan;
– ən azı ümumi orta təhsilli.

Hərbi xidmətin xüsusiyyətləri:
– xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla  bilər;
- yaşadıqları şəhər və rayonlardan 100-150 km aralı xidmət edirlər;
- vəzifəsindən asılı olaraq 850 manat və daha yüksək əməkhaqqı alırlar;
– subay hərbi qulluqçular yataqxana ilə təmin edilir, kirayədə yaşayan ailələrə isə kirayə haqqı ödənilir.

Hərbi xidmətə qəbul olunmaq istəyənlər hər gün (istirahət və bayram günləri istisnna olmaqla) saat 09:00-dan 18:00-dək Bakı şəhərində qeydiyyatda olanlar Daxili Qoşunların Baş İdarəsinin Kadrlar İdarəsinə, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə Daxili Qoşunların yaxn regionlarında yerləşən hərbi hissələrinin komandirlərinə müraciət edə bilərlər. Müraciət edərkən aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- hərbi bilet;
- təhsil haqqında sənəd.

Daxili Qoşunların Baş İdarəsinin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4.
Əlaqə telefonu: (012) 560 - 65 - 07, (012) 560 - 27 - 00.