DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Ruslan Nəsirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin fəaliyyətindən razılığını ifadə edir, həmkarlarımıza çətin və məsuliyyətli işlərində uğurlar arzulayır.

Beyləqan rayon sakini Fuad Rəsulov ona məxsus olan mağazada baş vermiş oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətə operativ baxılaraq dəyən maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Beyləqan RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Abşeron rayon sakini Ema Cəfərova müraciətinə obyektiv şəkildə baxılaraq probleminin həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir. 

Bakı şəhər sakini Əli Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin fəaliyyətindən razılığını ifadə edir, həmkarlarımıza çətin və məsuliyyətli işlərində uğurlar arzulayır. 

Sosial şəbəkə istifadəçisi Səkinə Murquzova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Rəsul Qəniyev ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir. 

Sosial şəbəkə istifadəçisi Aysel Cəbiyeva sosial şəbəkədə təhqir olunması ilə bağlı polisə üz tutduğunu, müraciətinə operativ reaksiya verildiyini qeyd edir və göstərilən köməkliyə görə Nizami RPİ-nin 24-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Anar Cavadov mobil telefonunun tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edir.

Vətəndaş Zivər Xankişiyeva ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidməti fəaliyyəti ilə bağlı razılığını ifadə edir.