Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən |
| 21 yanvar 2021 17:40Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmancasına döyüşərkən ağır yaralandığına görə tibb müəssisəsinə yerləşdirilmiş Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçusu, çavuş Elşən Quluzadə həkimlərin bütün səylərinə baxmayaraq o, bu gün – yanvarın 21-də şəhidlik zirvəzinə ucaldı. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən |
| 21 yanvar 2021 11:44Son günlər Daxili İşlər Nazirliyinin adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə icazəsiz və saxta səhifə, kanal, profillər yaradan, işlədən, o cümlədən özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artmaqdadır. Belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır. |
Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək |
| 19 yanvar 2021 14:24Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağan edilib. Bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək. |
Şəhidlər unudulmur, unudulmayacaq da… |
| 19 yanvar 2021 12:5520 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində həmin qanlı gecədə həyatını itirən polis əməkdaşlarının ailə üzvləri ilə Daxili İşlər Nazirliyində görüş keçirilib.
|
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı |
| 18 yanvar 2021 18:15Yanvarın 18-də Daxili İşlər Nazirliyində 2020-ci ildə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib. Ölkədəki epidemik vəziyyətlə əlaqədar kollegiya videokonfrans formatında baş tutub. |