Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi


 

XİDMƏTİN İNZİBATİ REQLAMENTİ

Qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi ilə bağlı müvafiq sənədləri toplamaqla Daxili İşlər Nazirliyinə müraciət edir.

Xüsusi razılıq (lisenziya) almaq üçün aşağıdakı sənədlər tələb edilir:

- əlavə №1-də göstərilən ərizə (buradan yükləyin)  (ərizədə hüquqi şəxslər üçün təşkilatın adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablama hesabının nömrəsi və bankın adı, fəaliyyət növü, fiziki şəxslər üçün isə adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar, fəaliyyət növü kimi məlumatlar öz əksini tapmalıdır);

- Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

- Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

- Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququ (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- Xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

Sənədlər şəxsən Daxili İşlər Nazirliyinə təqdim edilir.

“Azərbaycan Respublikası Prezidentinin bəzi Fərmanlarında dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli 658 nömrəli Fərmanına uyğun olaraq qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi zamanı müəyyən edilmiş dövlət rüsumu qeyri-dövlət (özəl) mühafizə müəssisəsi və hüquqi şəxsin mühafizə bölməsi tərəfindən müvafiq bank hesabına köçürülür və dövlət rüsumunun ödənilməsi barədə qəbz Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə təqdim olunur.