Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Press-relizlər Kriminal xronika Məlumatlar
DİN-in Mətbuat Xidmətindən
16 may 2020 10:56Polisin qanuni tələblərinə riayət etməyən və müqavimət göstərən 14 nəfər saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir.
Şəxsi heyətin xidmət şəraiti daha da yaxşılaşır
09 may 2020 16:39Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü  ərəfəsində Azərbaycan Respublikası DİN-in Baş İctimai Təhlükəsizlik və Mülki Müdafiə idarələrinin  yerləşəcəyi inzibati binanın yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub.  

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.  

9 May Qələbə Günü ərəfəsində daxili işlər orqanlarında xidmət etmiş Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib
08 may 2020 16:42Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə Nazirliyin nümayəndələri alman faşizmi üzərində möhtəşəm qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısının evində olmuş, nazir V.Eyvazovun səmimi təbriklərini və bayram hədiyyəsini onlara çatdırmışlar.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən
08 may 2020 11:21Vətəndaşlardan evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmək tələb olunur.
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərindən
05 may 2020 14:38May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşmışlar.
Vətəndaşların nəzərinə!
23 aprel 2020 17:03Ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xidməti vəsiqə və ya iş yeri haqqında arayış əsasında hərəkətinə yol verilən, eləcə də barəsindəki məlumatlar işəgötürən tərəfindən icaze.e-gov.az portalına daxil edilmiş şəxslər yalnız həftənin iş günlərində icazə almadan hərəkət edə bilərlər.
Xüsusi karantin rejimi qaydalarını pozmaq üçün saxta arayışlar satan şirkət rəhbəri saxlanılıb
18 aprel 2020 14:59Ağcəbədi rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Oktay Quliyev xüsusi karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə rəhbəri olduğu “AZİNTELLEKTSERVİS LTD” və “TQİK-A” MMC-lərin saxta arayışlarının hər birini 100-200 manata satarkən saxlanılıb.

Abunə